“HTC” bu rüb üç yeni smartfon təqdim edəcək

Birinci smartfonun yanvarın 12-də nümayiş ediləcəyi gözlənilir
Şrift ölçüsü:

Texnologiya 15:24 – 7.1.2017

Tayvanın “HTC” şirkəti bu rüb üç yeni smartfon təqdim edəcək. Hazırda bu smartfonlar barədə dəqiq məlumat olmasa da, birinci smartfonun yanvarın 12-də nümayiş ediləcəyi gözlənilir. Bu, istehsalçının təqdimat üçün rəsmi dəvətdə işarə etdiyi yeni “U” istehsal xəttinin açılışı olacaq.

Bu günlərdə isə məşhur “LlabTooFeR” resursu “Twitter” səhifəsində Tayvan istehsalçısının növbəti üç smartfonunun kod adının “HTC Alpine”, “HTC Ocean Note” və “HTC E66” olacağı barədə məlumat verib. Sonuncu modelin şəkli bu günlərdə internetdə görünən “HTC One X10” smartfonu olduğu bildirilir.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, digər iki aparata gəldikdə, “HTC Alpine” adı altında şirkətin yeni qabaqcıl “HTC 11” modeli gizlənir. Heç bir məlumatın olmadığı modeldə yeni səkkiznüvəli “Snapdragon 835” prosessorunun quraşdırılacağı ehtimal edilir.

“HTC Ocean Note” isə təqdimatı yanvarın 12-nə nəzərdə tutulan “HTC U Ultra” modelinin kod adıdır. Şayiələrə görə, smartfon kənarları bükülü 6 düymlük ekran, “USB Type-C” çıxışı, eləcə də smartfonlar arasında ən yaxşı kamera ilə təchiz ediləcək.


742 dəfə oxunub


Digər xəbərlər


"Kaspersky Lab": "Like" hərisliyi depressiyaya səbəb olur - FOTO
16:22 – 19.1.2017

İnsanlar sosial şəbəkələrə müəyyən müsbət məqsədlərlə üz tuturlar

Telefon batareyasını qorumaq üçün altı – SADƏ ÜSUL
15:46 – 18.1.2017

Ağıllı telefonlar möhtəşəm cihazlardır.

Bunu biləndən sonra Wi-Fi-ı söndürmədən yatmayacaqsız - MÜTLƏQ OXUYUN!
13:29 – 18.1.2017

Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil.

Kəpənəyə "Donald Tramp" adı verildi
12:08 – 18.1.2017

Bu kəpənək Cənubi Karolinada Santa-Katalina adasında yaşayır

“WhatsApp”da yeni fırıldaq növü aşkarlandı - Diqqətli olun!
16:23 – 17.1.2017

Fırıldaqçılar “WhatsApp” messencerində yeni fırıldaq növlərindən istifadə etməyə başlayıblar.

Yeni üsul eyni kompüterdə bir neçə brauzeri izləyəcək
13:12 – 17.1.2017

Yeni praktika son bir neçə ildə internet brauzerlərində quraşdırılan texnologiya və funksiyalara əsaslanır.

Şəkərin səviyyəsini müəyyən edən corab ixtira edildi
8:49 – 17.1.2017

ABŞ-ın Kaliforniya Universitetinin alimləri şəkərli diabetdən əziyyət çəkən insanlara qlyukometr əvəzinə qanda qlükozanın səviyyəsini müəyyən edə bilən sensorlar quraşdırılmış corablardan istifadə etməyi təklif edib

"Facebook" saxta xəbərlərin filtrasiyası xidmətini işə salır
17:29 – 16.1.2017

Almaniyada saxta xəbərlərin filtrasiyası yaxın iki həftə ərzində işə salınacaq.

"Samsung" 19 milyard dollar itirəcək
17:26 – 16.1.2017

Samsung şirkəti "Galaxy Note 7"yə görə 19 milyard dollar itirəcək

“Windows 10 Mobile” əlçatan olacaq
15:18 – 16.1.2017

“Windows 10 Mobile” sistemində yaddaş kartlarının şifrlənməsi funksiyası əlçatan olacaq







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi