Xəzər Xəbər

Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib

Dünya | 13:35 • 26 Yanvar 2021
Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib

Bazar ertəsi, yanvarın 25-də ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçmenti üzrə ikinci tarixi proses başlayıb. Həmin gün Nümayəndələr Palatası qarşıdurmalara təhrikçilikdə yeganə ittihamı rəsmi surətdə Senata təqdim edib.


Xezerxeber.az xəbər verir ki, Nümayəndələr Palatası impiçment barədə maddəni yanvarın 13-də bəyəndi və beləliklə, Tramp iki dəfə impiçmentə məruz qalan ilk prezident oldu. Maddədə Tramp yanvarın 6-da Kapitoli binasına hücuma təhrikçilikdə ittiham edilir. Qeyd olunur ki, Tramp tərəfdarlarının Ağ ev yaxınlığında mitinqi zamanı sabiq dövlət başçısı öz tərəfdarlarını "döyüşü sonadək aparmağa” çağırıb.


Vəziyyətin görünməmiş hal almasının digər səbəbi ondadır ki, ölkə tarixində ilk dəfə olaraq, eyni prezident hakimiyyətdən kənarlaşdırılma proseduruna iki dəfə məruz qalıb, həm də o, hazırda artıq hakimiyyətdə deyil.

Xəbər lenti