Xəzər Xəbər

Azərbaycan yeni minatəmizləyən maşınlar alıb

Gündəm | 12:38 • 26 Yanvar 2021
Azərbaycan yeni minatəmizləyən maşınlar alıb

"Ali Baş Komandanın göstərişinə əsasən, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb".


Xezerxeber.az-ın məlumatına görə,bu sözləri Füzulidə jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları idarə rəisinin müavini polkovnik Ceyhun Cəfərov deyib.


O bildirib ki, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: "Bundan əlavə olaraq, minaaxtaran cihazların bir hissəsi artıq alınaraq mühəndis qoşunlarının istifadəsinə verilib".

Xəbər lenti