Xəzər Xəbər

"Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir

Hadisə | 21:56 • 25 Yanvar 2021
"Azəriqaz": Xırdalanda partlayış ərazisindən yeraltı qaz kəməri keçmir

"Azəriqaz" İstehsalat Birliyi Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermiş partlayışla bağlı məlumat yayıb.


Qurumdan bildirilib ki, ərazidən Birliyin balansında olan hər hansı yeraltı qaz kəməri keçmir.


Məlumata görə, fərdi yaşayış evinin daxilində baş verən partlayış müvafiq qurumlar tərəfindən araşdırılacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti