Xəzər Xəbər

Masallı xəstəxanasının direktoru Cəlil Nəzərov belə həbs edildi VİDEO

Veb TV | 21:02 • 25 Yanvar 2021
Masallı xəstəxanasının direktoru Cəlil Nəzərov belə həbs edildi

Masallı rayon mərkəzi xəstəxanasının direktoru Cəlil Nəzərovun həbs edilməsi ilə bağlı ötən gün xəbər vermişdik. Bu gün hadisənin bəzi təfərrüatları məlum olub.


Sağlam şəxslərə saxta sənəd verərək onları xəstə kimi təqdim edən baş həkimin saxlanma görüntüləri yayılıb. Masallı rayon mərkəzi xəstəxanasının direktoru Cəlil Nəzərov yanvarın 23-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əmədaşları tərəfindən şübhəli kimi iş otağında saxlanıb. Məlumata görə, Cəlil Nəzərov həm də həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri işləyib.


O, vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul alıb. Hətta Cəlil Nəzərov ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "tibbi-sosial ekspert komissiyasina göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində onlardan 4 min 500 manat pul alıb.


Araşdırmalarla məlum olub ki, xəstəxananın direktoru qeyri-rəsmi köməkçisi olan Davud Sultanlı vasitəsilə sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlər hazırlayıb satırmış. Onun xidməti otağında axtarış aparılan zaman 2015-ci ilin əvvəllərindən başlayaraq pensiya təyinatı üzrə göndərişlərin verilməsi, həmin vətəndaşlardan alınan müxtəlif məbləğlərdə pul vəsaitlərinə dair dəftərçələr, milli və xarici valyutada olan pul vəsaitləri, xəstəxananın mühasibatlığından isə 49 ədəd plastik hesab kartı və müxtəlif tibbi sənədlər aşkar olunaraq götürülüb.


Qeyd edilən faktlar üzrə korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayətişi başlanıb. Cəlil nəzərov barəsində təkrar rüşvət alma maddəsi ilə məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.


Xəbər lenti