Xəzər Xəbər

Azərbaycanın qələbəsi uzun illər aparılan hazırlığın nəticəsidir - Binəli Yıldırım "XəzərXəbər"ə müsahibə verdi VİDEO

Veb TV | 19:55 • 25 Yanvar 2021
Azərbaycanın qələbəsi uzun illər aparılan hazırlığın nəticəsidir - Binəli Yıldırım "XəzərXəbər"ə müsahibə verdi

Türkiyə həmişə olduğu kimi bundan sonra da Azərbaycanın yanında olacaq. Bunu Türkiyənin sabiq baş naziri Binəli Yıldırım "XəzərXəbər"in qardaş ölkəyə ezam olunmuş şef redaktoru İlhamə Novruzovaya müsahibəsində deyib. O bildirib ki, işğaldan az edilmiş ərazilərin abadlaşdırılmasında Türkiyə də öz üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirəcək.


Qarabağdakı 44 günlük müharibənin hər günü ayrıca bir zəfər günüdür.


Bunu Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "XəzərXəbər"ə müsahibəsində deyib. O bildirib ki, Ermənistanın Qarabağı işğal etməsi ilə bağlı BMT-nin 4 qətnaməsi var. Amma illər ərzində bunların icrası üçün heç bir təşəbbüs göstərilmyib. Digər beynəlxalq təşkilatlar və ölkələr də münaqişənin həlli üçün heç bir addım atmayıb. Nəticədə də Azərbyacan müharibə yolu ilə işğal altındakı torpaqlarını azad etməli olub. Binəli Yıldırım qeyd edib ki, Azərbaycan ordusunun qələbəsi uzun illər aparılan hazırlığın nəticəsidir. Hər zaman olduğu kimi müharibə dövründə də Türkiyə qardaş ölkə olaraq dəstəyini əsirgəməyib.


Müharibə dövründə Rusiyanın sərgilədiyi münasibətə də toxunan Binəli Yıldırım vurğulayıb ki, sözügedən ölkə Türkiyə ilə olan yaxşı münasibətləri çərçivəsində döyüşlərin əvvəlindən sonadək aydın və ədalətli mövqe nümayiş etdirib. Bu, Rusiyanın bölgədəki 30 illik strategiyasını dəyişdirməsi anlamına gəlir. Rusiya bölgədə sabitliyin olmasına münaqişədən daha çox önəm verir. Bu da çox təqdirəlayiqdir.


Sabiq Baş nazir onu da əlavə edib ki, əvvəlki illərdə daim münaqişənin həlli ilə bağlı məsələlərə qarışan dövlətlər müharibədən sonrakı proseslərdə önəmli rol oynaya bilmir.


Binəli Yıldırım bildirib ki, işğaldakı illər ərazində darmadağın edilən ərazilərdə xeyli abadlıq-quruculuq işi görülməlidir. Qarşıdakı 7-8 ildə reallaşdırılacaq 40 milyard dollarlıq bir investisiyadan söhbət gedir. Burada Azərbaycanla yanaşı Türkiyə də öz üzərinə düşən öhdəliyi yüksək səviyyədə yerinə yetirəcək. Bu zəfər bölgə ölkələrinə aralarındakı münsibətlərin daha da yaxşılaşdırılması üçün bir fürsət qazandırıb.


Xəbər lenti