Xəzər Xəbər

Ağstafa sakinindən narkotik vasitə götürüldü VİDEO

Veb TV | 19:24 • 25 Yanvar 2021
Ağstafa sakinindən narkotik vasitə götürüldü

Ağstafa rayon polis şöbəsi, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarıbirgə keçirilən əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıblar. Saxlanılan, rayonun Sadıqlı kənd sakinindən külli miqdarda "heroin" götürülüb. Astarada isə narkotacirdən 4 kq-dan çox tiryəkaşkarlanıb.

Seymur Namazov elə yaşadığı kənddə tutulub. Əməliyyat məlumatı əsasında onun gizlətdiyi heroinin yeri aşkar edilərək maddi sübut kimi götürülüb. Müəyən edilib ki, Namazov Ağstafa-Sadıqlı yolunun kənarından əldə etdiyi narkotik vasitəni bacısına məxsus yarımtikilidə gizlədib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstanda yaşayan Mahir adlı şəxsə göndərməli olduğunu bildirib. Bunun müqabilində ondan 6000 manat aldığını da etiraf edib. Seymur Namazov saxlanılan zaman həmin vəsait onun üzərində aşkarlanıb.

Astarada isənarkotacir işbaşında tutulub. Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Bəxtiyar Quliyev 9 qramdan artıq narkotik vasitə tiryəki satarkən saxlanılıb. Onun üzərindən əlavə olaraq bir büküm heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Bəxtiyar Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan ümumi çəkisi 4 kiloqram 54 qram tiryək aşkarlanıb.

Gömrükçülər isə avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub. Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.

Xəbər lenti