Xəzər Xəbər

Çili sahillərində 7 bal gücündə zəlzələ

Dünya | 09:43 • 24 Yanvar 2021
Çili sahillərində 7 bal gücündə zəlzələ

Çilinin sahillərində növbəti dəfə zəlzələ qeydə alınıb.


Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


Məlumatda bildirilib ki, yeraltı təkanların episentri təqribən 117 min nəfərin yaşadığı Punta Arenas şəhərindən 1 328 km cənub-şərqdə yerləşib. 7 bal gücündə olan yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.


Zəlzələ bölgəsində, Rusiyanın Bellinshauzen stansiyası da daxil olmaqla bir sıra Antarktika tədqiqat stansiyalarının yerləşdiyi Cənubi Şetland adaları var.


Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib./report


Xəbər lenti