Xəzər Xəbər

Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub

Region | 15:16 • 23 Yanvar 2021
Gəncədə DYP rəisi vəzifəsinə təyinat olub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat olub.


Bununla bağlı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edilib. O, buna qədər Göygöl DYPB-nin rəisi olub.


Xatırladaq ki GŞBPİ-nin DYP Şöbəsinin rəisi Rəhim Zalov bir neçə gün bundan əvvəl sərəncama götürülüb. (APA)

Xəbər lenti