Xəzər Xəbər

Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektlidir? AÇIQLAMA

Gündəm | 17:12 • 22 Yanvar 2021
Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektlidir?

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı hazırda istifadə edilən vaksinlərin bu virusun mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmadığını açıqlayıb.


A.Qurbanov XəzərXəbər-ə bildirib ki, COVİD-19 dəyişkən bir virusdur və mutasiyaya meyillidir. Buna görə də vaksin hazırlayan şirkətlər bunu nəzərə alıblar:


"Onlar virusun elə gen bölgələrindən istifadə ediblər ki, həmin bölgələr mutasiyaya daha az məruz qalır. Hazırda istifadə edilən vaksinlər mutasiyaya uğrayan virusun yaratdığı xəstəliklərdən də qoruyacaq. Vaksinin heç effekti də azalmayacaq”.

Xəbər lenti