Xəzər Xəbər

Gürcüstan beynəlxalq aviareysləri bərpa edir - Siyahıda hansı ölkələr var?

Dünya | 15:44 • 22 Yanvar 2021
Gürcüstan beynəlxalq aviareysləri bərpa edir -

Gürcüstan beynəlxalq aviauçuşları fevralın 1-dən bərpa edəcək. Bu zaman COVID-19 virusu ilə əlaqədar bütün təhlükəsizlik tədbirlərinə və tibbi protokollara tam riayət olunacaq.


Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava deyib.


Onun sözlərinə görə, hökumət müxtəlif ölkələrdən Gürcüstana gəlmək istəyən xarici vətəndaşlara tətbiq olunan qadağaların yumşaldılması məsələsini nəzərdə keçirir. Bu yumşaldılma ilk növbədə Avropa İttifaqına üzv dövlətlərin, İsrail və Körfəz ölkələrinin vətəndaşlarına tətbiq olunacaq.


Nazir Gürcüstanın artıq yay aylarında bütün ölkələrdən turistləri qəbul edə biləcəyini bildirib.


Qeyd edək ki, Gürcüstan 2020-ci ilin mart ayından bütün beynəlxalq avia uçuşlara qadağa qoyub. Hazırda Gürcüstandan yalnız Berlin, Münhen, Paris, Riqa, Amsterdam, Afina, Varşava, Vilnus, Dortmund, Doha və Milan şəhərlərinə aviareyslər həyata keçirilir.

Xəbər lenti