Xəzər Xəbər

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma VİDEO

Veb TV | 20:52 • 21 Yanvar 2021
Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma

Qədim Şuşa Azərbaycan mədəniyyətinin mərkəzidir. Ermənistanın baş naziri Nikol Paşinyan da axır ki, bu reallığı qəbul edib. O Ermənistan parlamentində çıxışı zamanı "Şuşa Azərbaycan şəhəridir" deyərək erməni ictimaiyyətində səs-küy doğuran açıqlamalar verib. O bu açıqlaması ilə bir neçə gün öncə "Şuşa ermənilərin mədəniyyət mərkəzidir" deyən Ermənistanın xarici işlər naziri Ara Ayvazyanı təkzib edib.


"Şuşa ermənilərin mədəniyyət mərkəzidir. Kimin nə deməsindən asılı olmayaraq Şuşanın türk mədəniyyət mərkəzi olacağı barədə söylənənlərlə razı deyilik". Bunu yanvarın 19-da Ermənistanın xarici işlər naziri Ara Ayvazyan sərsəmləmişdi. Lakin bundan bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan parlamentindəki çıxışında "Şuşa Azərbaycan şəhəridir" deyərək Ayvazyanın fikirlərini təkzib etdi. O çıxışında qeyd etdi ki, Qarabağ münaqişəsi başlayana qədər Şuşa sakinləri arasında azərbaycanlıların sayı 90 faizdən çox idi. Yəni siz demək istəyirsiniz ki, əhalisinin 90 faizindən də artığı azərbaycanlılar olmuş Şuşa statusuna görə erməni şəhəridir?! Bununla da Ermənistan hakimiyyətində Qarabağla bağlı ciddi fikir ayrılıqlarının olduğu bir daha təsdiqləndi.


Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev deyir ki, Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?!


Erməni barbarlığı tikintisi 1982-ci ildə başa çatdırılmış Vaqif türbəsindən də yan keçməyib. Bu tarixi abidəmizin də indiki görüntüsü ürəkağrıdır. Əgər Şuşa "Ermənistanın mədəniyyət mərkəzi"dirsə bəs niyə bu şəhər yerlə-yeksan edilib, maddi və mədəni irs dağıdılıb, məhv edilib?


Ara Ayvazyan bu vandalizmə görə xəcalət çəkmək, üzrxahlıq etmək əvəzinə, sərsəm açıqlamalar verir. Şuşa erməni vandalizminin nümunəsi kimi tarixə həkk olub. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa bütövlükdə Türk və İslam dünyasının da mədəniyyət paytaxtı olmağa tam layiqdir. Odur ki, Ermənistanın yeganə çıxış yolu faktlarla barışaraq gerçəyi olduğu kimi qəbul etməkdir.



Xəbər lenti