Xəzər Xəbər

“Eliş” saxlanıldı: evindən 300 minlik narkotik çıxdı VİDEO

Veb TV | 19:43 • 21 Yanvar 2021
“Eliş” saxlanıldı: evindən 300 minlik narkotik çıxdı

Gəncə şəhər Baş Polis İdarəsi narkotik tacirlərinə qarşı əməliyyat keçirib. Polislər narkotik alqı-satqısında şübhəli bilinən iki nəfəri saxlayıb. Narkotacirin yaşadığı ünvandan isə 32 kiloqram marixuana aşkar edilib.


Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Etibar Yaqubovu saxlayıb. Baş İdarədə həmin şəxsin üzərinə baxış keçirilən zaman ondan 100 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsi zamanı həmin narkotik vasitəni qonşusundan aldığını bildirib.


Davam etdirilən əməliyyat axtarış tədbirləri ilə Etibar Yaqubova narkotik vasitəni satan şəhər sakini Eldəniz İmanlı da saxlanılıb. O, qonşusuna narkotik vasitə satdığını etiraf edib.


Eldəniz İmanlıya məxsus müxtəlif ərazilərdə yerləşən evlərə baxış keçirilən zaman aşkarlanan narkotik vasitələrin qara bazarda dəyəri təxminən 300 min manata yaxındır.


Yaşadığı ünvanlarda narkotiki xüsusi qutularda qabalaşdıraraq satan Eldıniz İmanlı və onun müştərisi Etibar Yaqubov barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.


Xəbər lenti