Xəzər Xəbər

İran XİN başçısının Azərbaycana səfərinin tarixi açıqlandı

Gündəm | 18:18 • 21 Yanvar 2021
İran XİN başçısının Azərbaycana səfərinin tarixi açıqlandı

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.


Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.


Qeyd olunb ki, səfər zamanı o, Baş nazirin müavini və iki ölkə arasında Birgə Əməkdaşlıq Komissiyasının sədri Şahin Mustafayev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşəcək.


Bu səfər çərçivəsində hər iki tərəf bir sıra vacib mövzuları müzakirə edəcək. Bunlar iki ölkənin ikitərəfli əməkdaşlıq sahəsində maraq göstərdiyi məsələlər (ortaq əməkdaşlıq layihələri, iqtisadi, siyasi, mədəni əməkdaşlıq), İranın Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr bəyanatı formatında altıtərəfli regional əməkdaşlığın inkişafında iştirakı, İran şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirakı və Şimal-Cənub dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlığı məsələləridir.


İran XİN başçısı regional səfər çərçivəsində Azərbaycandan sonra Rusiya, Gürcüstan, Ermənistan və Türkiyəyə səfəri və bu ölkələrin rəsmiləri ilə regional əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.

Xəbər lenti