Xəzər Xəbər

Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq

Dünya | 17:53 • 21 Yanvar 2021
Bayden pandemiya ilə mübarizə üzrə 10 fərman imzalayacaq

ABŞ prezidenti Cozef Bayden bu gün koronavirus pandemiyasına qarşı mübarizə üzrə 10 fərman imzalayacaq.


Bu barədə "Reuters” agentliyi yeni ABŞ administrasiyasının nümayəndələrinin bəyanatına istinadən məlumat yayıb.


Yanvarın 20-də prezident kimi rəsmən fəaliyyətə başlayan Bayden ölkədə virusa yoluxanların və ölənlərin sayının getdikcə artdığını nəzərə alaraq, pandemiya ilə mübarizəni administrasiyasının yaxın gələcək üçün ən vacib prioriteti elan edib. Prezident, yaxın ətrafının dediyinə görə, hökumətin fəaliyyətinin effektivliyini nümayiş etdirmək və bununla da problemə münasibətinin Ağ Evdəki sələfi Donald Trampdan fərqləndiyini vurğulamaq niyyətindədir.


Daha əvvəl xəbər verilmişdi ki, Bayden qarşıdakı 100 gün ərzində bütün federal qurumlarda maska ​​rejiminin və sosial məsafə tədbirlərinə nəzarəti gücləndirmək, əhalinin COVID-19-a qarşı vaksinasiyası kampaniyasını gücləndirmək, həmçinin pandemiyaya qarşı digər tibbi və sosial addımlar atmaq niyyətindədir./report

Xəbər lenti