Xəzər Xəbər

Bakıda peyvəndlənmə prosesi belə aparılır VİDEO

Veb TV | 19:38 • 19 Yanvar 2021
Bakıda peyvəndlənmə prosesi belə aparılır

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün ölkədə vaksinasiya prosesi davam etdirlir. Səhiyyə müəssisələrində ayrılan peyvənd otaqlarında yüksək riskli əhali qrupuna aid olan şəxslər peyvənd edilir. Əməkdaşlarımız Bakıda yerləşən poliklinikalardan birində olublar və tibb işçilərinin necə peyvənd edilməsi prosesini izləyiblər.


COVID-19-a qarşı peyvənd olunan tibb işçisi əvvəlcə müayinə otağına gedir.


Sonra isə onun başqa xəstəliklərinin olub-olmaması ilə bağlı proflaktik söhbət aparılır və təzyiqi ölçülür.


Peyvənd olunacaq şəxslər koronavirus infeksiyasına qarşı qanda antitellərin ölçülməsi üçün qan analizi də verirlər.Bundan sonra isə onun peyvənd olunmasına başlanılır.Paytaxtın Səbail rayonunda yerləşən 1 nömrəli Şəhər Poliklinikasında çalışan Reyhan Şükürova da xüsusi riskli əhali qurpuna aid olan şəxslərdən biridir. Çünki o, gündəlik pasiyentlərlə təmasda olduğundan koronavirus infeksiyasına daha tez yoluxa bilər.


Reyhan Şükürova bütün müayinələrdən keçdikdən sonra peyvənd otağına daxil olur. Peyvənd otaqlarında COVID-19-a qarşı vaskin xüsusi soyuducuda saxlanılır. Peyvənd soyuducudan götürldükdən sonra qısa zaman ərzində qızdırlır və vurulmasına başlanılır.


Vaksin vurulandan sonra tibb işçilərinin vaksinin yan təsirlərin olub-olmadığını izləmək məqsədi ilə 30 dəqiqə ərzində nəzarət altında saxlanılırlar.Poliklinikanın baş həkimi Kubra Cabbarovanın sözlərinə görə,bu tibb mərkəzində ümumilikdə 152 tibb içisi çalışır. Onlardan bir neçəsi koronavirus infeskiyasına yoluxub sağaldığından peyvənd olunmayacaqlar.


Bir məsələni də qeyd edək ki, Azərbaycan dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasındadır.Vaksinasiya prosesinin aparılmasına baxmayaraq vətəndaşlar verilən tövsiyələrə, deyilən qaydalara bundan sonra da əməl etməlidirlər.


Xəbər lenti