Xəzər Xəbər

Taksidə 4 kilodan çox heroin tapıldı VİDEO

Veb TV | 20:23 • 18 Yanvar 2021
Taksidə 4 kilodan çox heroin tapıldı

Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. Masallı polisi də 3 narkotaciri saxlayıb. Qazaxda isə narkotik üstündə tutulan şəxsin silah gizlətdiyi də üzə çıxıb.


Cəlilabad polisinin daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini Nurlan Zülfüqarov avtomobildə saxlanılaraq həmin avtomobillə birlikdə polis şöbəsinə gətirilib. avtomobilə keçirilən baxış zamanı oradan ona məxsus torbada ümumi çəkisi 4 kiloqram 115 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırma aparılır.


Masallı polisi də narkotikə qarşı əməliyyat keçirib.əvvəllər məhkum olunmuş Cavad Mirzəyev saxlanılıb və yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 491 qram metamfetamin aşkar edilərək götürülüb.


Keçirilən digər əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Taleh Quliyev və Asiman Şahbazov saxlanılıb. Sonuncunun üzərindən 1 kiloqram 85 qram metamfetamin, 350 qram heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində onlarla əlbir olan Rahid Bəşirovun yaşadığı evdən isə 223 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Qazax sakinindən isə narkotik və odlu silah aşkarlanıb. Qazax şəhər sakini, Afiq Məmmədov saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə st. Xətt Polis Şöbəsinə gətirilib.Onun üzərindən 455 qram narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb. Afiq Məmmədovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun odlu silah gizlətməsidə müəyən edilib.


Faktlarla bağlı Xətt Polis Şöbəsinin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Xəbər lenti