Xəzər Xəbər

Zəlzələ palçıq vulkanlarını aktivləşdirir - VİDEO

Veb TV | 23:15 • 17 Yanvar 2021
Zəlzələ palçıq vulkanlarını aktivləşdirir -

Azərbaycandakı palçıq vulkanlarının əksəriyyəti aktiv hesab olunur. Bir neçə gün bundan əvvəl Qobustan rayonununda "Şıxzərli" vulkanının püskürməsi bu sahədəki vəziyyəti aktuallaşdırır.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi Orxan Abbasov deyib ki, ölkəmiz üçün il ərzində 10-a qədər püskürmə xarakterikdir. Amma bu say tektonik vəziyyətə görə dəyişə bilər.

Orxan Abbasov qeyd edib ki, pandemiya şəraiti palçıq vulkanları ilə bağlı monitorinqlərin aparılmasını çətinləşdirib. Amma gələcəkdə palçıq vulkanları ilə bağlı tədqiqatlar daha geniş şəkildə aparılacaq.

Onun sözlərinə görə, ötən il ölkəmizdə bir neçə vulkanda püskürümə baş verib.

Qeyd edək ki, hazırda dünyada 2500-dən çox palçıq vulkanı var. Onların 354-ü Azərbaycanın payına düşür. Bir neçə gün bundan əvvəl püskürmüş Şıxzərli palçıq vulkanı dünyada ən aktiv vulkanlardan biri sayılır. Bu vulkan indiyədək dünyada rekord sayda - 26 dəfə püskürüb.

Xezerxeber.az mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edir:


Xəbər lenti