Xəzər Xəbər

Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqlayıb

Dünya | 09:49 • 17 Yanvar 2021
Trampın vəkili impiçment müdafiəsində iştirak etdiyini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın şəxsi vəkili Rudi Culiani, impiçment iddiasında müdafiə ilə bağlı dövlət başçısının yanında olduğunu söyləyib.


Vəkil bu barədə ABC News-a danışıb.


Vəkil bildirib ki, müdafiə zamanı son prezident seçkilərində saxtakarlıqların olması ilə bağlı dəlillər təqdim edəcək.


Onun sözlərinə görə, Tramp və ya başqası seçki saxtakarlığı haqqında danışanda onları şiddətə təhrikdə qınayırlar: "Bunlar ciddi ittihamlardı və tamamilə həqiqətə uyğun deyil.


Biz ittihamlarımızın doğruluğunu sübut edəndə bunun belə olmadığı anlaşılacaq. İşi məhkəməyə vermək qərarına gəlsələr, impiçmenti tamamilə qanunsuz olaraq rədd etməlidir”.


Bundan əlavə, vəkil qeyd edib ki, impiçment maddəsini rədd etmək mümkün deyilsə, o zaman Tramp məhkəmədə ifadə verə bilər. (APA)

Xəbər lenti