Xəzər Xəbər

Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib

Dünya | 09:25 • 17 Yanvar 2021
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) mütəxəssisləri Mississippi ştatında Space Launch System (SLS) raket qurğusunun mühərriklərinin sınaqlarını keçiriblər.


NASA sınaq kompleksinin ərazisində xüsusi bir dəstəyə quraşdırılmış dörd mühərrik eyni vaxtda təxminən bir dəqiqə işləyib. Bunun təxminən 8 dəqiqə davam edəcəyi gözlənilirdi.


NASA-nın direktoru Cim Braydenstayn sınaqlardan sonra keçirilən mətbuat konfransında bildirib ki, hər şey plana uyğun getməyib, amma bir çox vacib məlumat alınıb.


SLS layihə meneceri Con Heniket mühərriki söndürmək üçün avtomatik sistemin işə salındığını deyib.

Xəbər lenti