Xəzər Xəbər

Rusiyadan bu ölkələrlə bağlı qərar: Uçuşlar bərpa olunur

Dünya | 22:18 • 16 Yanvar 2021
Rusiyadan bu ölkələrlə bağlı qərar: Uçuşlar bərpa olunur

Rusiya 27 yanvardan etibarən Vyetnam, Hindistan, Finlandiya və Qətər ilə təyyarə uçuşlarını bərpa edəcək.


Bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.


Qeyd olunub ki, hökumətin epidemioloji vəziyyətlə bağlı apardığı müzakirələr nəticəsində uçuşlar həftədə bir dəfə Moskvadan həyata keçiriləcək. /Axar.az

Xəbər lenti