Xəzər Xəbər

Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər... VİDEO

Veb TV | 21:41 • 16 Yanvar 2021
Prezident Şuşada ELAN ETDİ: Böyük qayıdış başlayır, bütün işlər...

Füzuli aeroportunun və Şuşaya çəkilən yeni yolun digər infrastruktur layihələri kimi işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması, bərpası və tanıdılmasında xüsusi rolu olacaq. Bu ərazilərimizdə yeni, müasir kommunikasiyaların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir.


Prezident İlham Əliyevin Şuşaya səfəri xüsusi önəm daşıyırdı. Səfər zamanı dövlət başçısı bir çox vacib məqama toxundu, ciddi mesajlar verdi, bəzi infrastruktur layihələrin təməlini qoydu.


Bir sözlə, Şuşada böyük qayıdışın əsasları quruldu.


Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Millət vəkili Cavid Osmanovun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması da diqqət mərkəzindədir. Bu da Azərbaycana bir çox üstünlük qazandırır.


Cavid Osmanov qeyd edir ki, Şuşada görülən işlərin siyasi və iqtisadi əhəmiyyəti var. 2021-ci il Qarabağda köklü yenidənqurma və bərpa işlərinin aparıldığı il kimi tarixə düşəcək. Bu, Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet sahələrdən biridir.


Xəbər lenti