Xəzər Xəbər

Azərbaycan hibrid avtomobil alışını artırıb

İqtisadiyyat | 15:50 • 16 Yanvar 2021
Azərbaycan hibrid avtomobil alışını artırıb

2020-ci ildə ölkəyə idxal edilən daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən və yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı açıqlanıb.


XəzərXəbər-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, müvafiq dövrdə Azərbaycana daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən 5 080 ədəd avtomobil idxal edilib.


Onların ümumi idxal dəyəri 28 milyon dollar təşkil edib.


Eləcə də, yalnız elektrik mühərriklə hərəkətə gətirilən avtomobillərin sayı 167 ədəd olub və onların ümumi idxal dəyəri 8,3 milyon dolları əhatə edib.


2020-ci ilin dekabr ayında Azərbaycana 594 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. Ötən ay 21 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin alışı həyata keçirilib. Noyabr ayına nisbətən dekabr ayında bu tipdə avtomobillərin idxal həcmi artıb.


Qeyd edək ki, noyabr ayında ölkəyə 430 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən avtomobil, eləcə də, dörd ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi idxal olunub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti