Xəzər Xəbər

Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO

Cəmiyyət | 17:59 • 4 Dekabr 2020
Ayın səthinə Çinin bayrağı sancıldı - FOTO

Çinin "Chang'e-5” kosmik gəmisi Ayın səthinə ÇXR-in dövlət bayrağını sancıb.

Bu barədə TASS Çinin Milli Kosmik İdarəsinə (CNSA) istinadən məlumat verib.

Gəmi həmçinin, tarixdə ilk dəfə olaraq kosmosdan ÇXR bayrağının dinamik görüntüsünü Yerə göndərib.

Bildirilir ki, bayraq dirəyi parça ilə birlikdə xüsusi bir materialdan hazırlanıb və çəkisi cəmi 12 qramdır.oxu.az 

Nərmin Məcidli 

Xəbər lenti