Xəzər Xəbər

Qarşıdakı 10 ildə operatorların “5G” şəbəkəsindən əldə edəcəyi gəlir açıqlanıb

Texnologiya | 15:29 • 4 Dekabr 2020
Qarşıdakı 10 ildə operatorların “5G” şəbəkəsindən əldə edəcəyi gəlir açıqlanıb

"Ericsson” şirkəti "5G” şəbəkəsini ən sürətli inkişaf edən texnologiya adlandırıb. Hazırda dünyada 106 kommersiya "5G” şəbəkəsi fəaliyyət göstərir. Bu, ilin sonunadək beşinci nəsil mobil rabitə şəbəkəsində 220 milyon qoşulmaya nail olmağa imkan verəcək. 2020-ci ilin yekunları üzrə "5G” texnologiyasından 1 milyard insan (planet əhalisinin 15 faizi) istifadə edəcək.


Xezerxeber.az xarici saytlara istinadla xəbər verir ki, bu göstəriciyə ən böyük töhfəni Çin verəcək. Hazırda bütün "5G” qoşulmalarının 80 faizi (175 milyon) Çin operatorlarının şəbəkələrindəki qoşulmaların payına düşür. Bundan başqa, Çinin mobil rabitə şəbəkələrində bütün qoşulmaların 11 faizini "5G” təşkil edir.


Bildirilir ki, ikinci yeri 4 faizlik "5G” qoşulma payı ilə Şimali Amerika tutur. Yaxın illərdə məhz Şimali Amerika nüfuzetmə səviyyəsinə görə lider olacaq. 2026-cı ildə mobil qoşulmaların 80 faizi "5G” şəbəkələrində olacaq. Avropada "5G” texnologiyaları regionun mobil rabitə şəbəkələrində bütün qoşulmaların 1 faizini təşkil edir. Bu, 2020-ci il ərzində eyni anda bir neçə ölkənin şəbəkələrin qurulması üçün lazım olan tezliklərin ayrılması üzrə hərracların keçirilməsini təxirə salması ilə əlaqədardır. Ümumilikdə koronavirus pandemiyasına baxmayaraq, "5G” texnologiyaları gözlənildiyindən daha sürətli inkişaf edir.


"Ericsson” şirkətinin proqnozuna görə, operatorlar "5G” şəbəkələrini aktiv qurmaqda davam edəcək və 2026-cı ildə onlar dünya əhalisinin 60 faizini əhatə etməklə qoşulmaların sayı 3,5 milyarda çatacaq.


Xatırladaq ki, "Ericsson” şirkətinin əvvəlki proqnozuna görə, 10 ildən sonra "5G” xidmətləri operatorlara 131 milyard dollar qazanc gətirəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, müxtəlif beşinci nəsil mobil rabitə texnologiyalarından istifadə operatorlar üçün istehlak xidmətləri bazarında böyük imkanlar açır.

Xəbər lenti