Xəzər Xəbər

Qubadakı Ərdəbil məscidində şəhidlərin ruhuna dualar oxunub

Region | 14:27 • 4 Dekabr 2020
Qubadakı Ərdəbil məscidində şəhidlərin ruhuna dualar oxunub

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, şimal rayonlarında da bir dəqiqəlik sükutla yad olunub.


Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.


Rayon sakinləri canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.


Quba rayonundakı Ərdəbil məscidində dindarlar vəhdət namazı qılıb, şəhidlərimizin ruhuna dualar oxuyublar.


Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Xəbər lenti