Xəzər Xəbər

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir - VİDEO

Veb TV | 21:50 • 3 Dekabr 2020
BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir -

BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası Prezident İlham Əliyevin beynəlxalq aləmdəki şəxsi nüfuzunun göstəricisidir.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Ramil Həsən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusa qarşı xüsusi sessiyası tarixi hadisədir. Dünyada indiyə kimi 1,3 milyondan artıq insanın ölümünə, 54 milyon insanın bu xəstəlikdən əziyyət çəkməsinə səbəb olan qlobal bəla ilə mübarizə istiqamətində Prezidentin irəli sürdüyü təşəbbüsə Qoşulmama Hərəkatının 120 üzv ölkəsi və daha sonra BMT-nin 150-dən çox üzv dövləti dəstək verib.

Xüsusi sessiyanın keçirilməsinə qarşı çıxmış yeganə ölkə Ermənistan oldu. Ermənistan bütün dünyanın marağına xidmət edən bir təşəbbüsə qarşı çıxmaqla nəinki bir daha məğlub oldu, həmçinin beynəlxalq səviyyədə özünü bir daha rəzil etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti