Xəzər Xəbər

Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peykini göndərib

Dünya | 17:39 • 3 Dekabr 2020
Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peykini göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dövlətinin yaranmasının 49-cu ildönümü günü münasibətilə dekabrın 3-də Fransanın Qvineya adasındakı kosmodromdan əmirliklərin "Falcon Eye” ("Şahin gözü”) peyki fəzaya buraxılıb.


 Peyk Rusiyanın "Soyuz T” raketdaşıyıcısı vasitəsilə kosmosa göndərilib.


BƏƏ-nin Kosmik Uçuşlar Mərkəzinin məlumatında bildirilir ki, ümumi çəkisi 1190 kiloqram olan peykin öz daxilində orbitə buraxılacaq əlavə 12 kiçik peyk var. Onların hamısı ən müasir optik müşahidə kameraları ilə təchiz edilib. Peyklər rabitə, Yerin atmosferinin monitorinqi və digər funksiyaları yerinə yetirəcək və orbitdə 10 il qalacaq.


Qeyd olunub ki, kosmik fəzaya göndərilən peyklər BƏƏ mütəxəssisləri tərəfindən Əbu-Dabidəki təsislərdə hazırlanıb.



Nərmin Məcidli

Xəbər lenti