Xəzər Xəbər

"Həftənin bu günü işlər dayandırılsın" - Komitə sədrindən TƏKLİF

Cəmiyyət | 16:37 • 3 Dekabr 2020
"Həftənin bu günü işlər dayandırılsın" - Komitə sədrindən TƏKLİF

Azərbaycanda COVID-19 virusuna yoluxanlar və bu infeksiyadan ölənlərin sayında ciddi artım müşahidə olunur.


Pandemiya dövründə bir çox tədbirlər görülsə də, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayıb.


COVID-19 virusu təkcə Azərbaycan deyil, həm qonşu ölkələrdə, həm də dünyanın əksər ölkələrində ciddi problemlər yaradıb. Koronavirusla mübarizə çərçivəsində ölkələr müxtəlik karantin tədbirləri görür və qadağalar tətbiq edirlər.


Bu gün Azərbaycanda koronavirusla mübarizə üçün karantin rejimi davam edir, həftəsonları isə qadağalar bir qədər sərtləşdirilir. Son rəqəmlərin yüksək olması ölkəmizdə əlavə tədbirlərin görülməsi ehtimalını gündəmə gətirib.


Azərbaycanda koronavirusla mübarizə üçün şənbə və bazar günləri tətbiq olunan karantin rejiminə cümə gününün də daxil edilməsi təkliflər arasındadır. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, 3 günlük lokdauna keçilməlidir: "Sərtləşdirici addımlara mütləq getməliyik. İş yerlərinin sürüşkən qrafikə keçməsi, məhdud sayda işləməsi, onlayn rejimdə işləməyə üstünlük verilməsi ola bilər.


Şənbə və bazar günlərinə cümə günü də əlavə oluna bilər. Mən istərdim ki, 3 günlük lokdauna keçək və bütün sahələrdə iş faliyyətini dayandıraq".baku.ws


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
375 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti