Xəzər Xəbər

Xətaidə ağacların kəsilməsi faktı qeydə alınmayıb - Hikmət Əlizadə

Gündəm | 15:14 • 3 Dekabr 2020
Xətaidə ağacların kəsilməsi faktı qeydə alınmayıb -

Xətai rayonu, Gəncə prospekti 30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerindəcə araşdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Hikmət Əlizadə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 17 ədəd müxtəlif cinsli ağacın olduğu və ağac kəsintisi faktının olmadığı müəyyən edilib:

"Aparılan araşdırma zamanı Xətai rayonu, Gəncə prospekti 30 ünvanında qeyri-yaşayış binasının tikintisi məqsədilə 0,32 hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə "Qaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi məlum olub”.

Xidmət rəisi qeyd edib ki, ərazidəki ağacların qorunub mühafizə olunması üçün MMC-yə göstəriş verilib.

Sevinc Yasinqızı

Xəbər lenti