Xəzər Xəbər

İranda üç terrorçu həbs edilib

Dünya | 14:55 • 3 Dekabr 2020
İranda üç terrorçu həbs edilib

İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) üç terrorçunun həbs olunması ilə bağlı açıqlama yayıb.


 SEPAH-ın İranın Qərbi Azərbaycan vilayətində keçirdiyi əməliyyat zamanı üç nəfərin terror aktları təşkil etmək planları ifşa olunub və onlar saxlanılıblar. Terrorçuların evlərində və iş yerlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda silah-sursat, saxta sənədlər və rabitə əlaqəsi yaratmaq üçün cihazlar aşkarlanıb.


Qeyd edək ki, ötən ay Kürdüstan vilayətində də xüsusi əməliyyat keçirilmiş və terror aktının qarşısı alınmışdı.azertac


Nərmin Məcidli


Xəbər lenti

Çox oxunanlar