Xəzər Xəbər

Bakıdan Kiyevə çarter reysləri yerinə yetiriləcək

Cəmiyyət | 14:44 • 3 Dekabr 2020
Bakıdan Kiyevə çarter reysləri yerinə yetiriləcək

"Ukraynanın Beynəlxalq Hava Yolları” (UIA) aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.


Bu haqda Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.


Məlumata görə, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək. Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.


Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub./report


Nərmin Məcidli


Xəbər lenti