Xəzər Xəbər

81 aktiv koronavirus xəstəsi saxlanıldı, 2 nəfər öldü - Rəsmi

Gündəm | 13:39 • 3 Dekabr 2020
81 aktiv koronavirus xəstəsi saxlanıldı, 2 nəfər öldü -

Noyabrın 30-dan bu günə kimi 81 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xezerxeber.az-a verilən məlumata görə, xəstələrdən 75-nin evə qaytarılması, 4-nün xəstəxanaya yerləşdirilməsi və 57-i barədə Cinayət Məcəlləsinin 139.1.1-ci maddəsi cinayət işi başlaması haqqında qərar verilib. 2 nəfər isə dünyasını dəyişib.

Sevinc Yasinqızı

Xəbər lenti