Xəzər Xəbər

Lerikdə obyekt sahibləri karantin qaydalarını pozub

Cəmiyyət | 17:55 • 30 Noyabr 2020
Lerikdə obyekt sahibləri karantin qaydalarını pozub

Lerik rayonunda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə şəhərin küçə və xiyabanlarında, əhalinin daha çox toplaşdığı ərazilərdə və xidmət obyektlərində növbəti reyd keçirilib.


İki gün davam edən reyd zamanı rayon icra hakimiyyətinin məsul işçiləri, polis əməkdaşları və koronavirus infeksiyası ilə mübarizə məqsədilə rayonda yaradılmış mobil qrupların üzvləri şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə maarifləndirmə söhbətlər apararaq onlara COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və qaydalara ciddi əməl olunmasını tövsiyə ediblər.


Diqqətə çatdırılıb ki, hər bir vətəndaşın müəyyən edilmiş tələblərə və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi vacibdir.


Reyd zamanı, həmçinin 155-ə yaxın ictimai-iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektlərində yoxlamalar aparılıb.


Karantin qaydalarına riayət etməyən obyekt sahibləri və sakinlər barədə qanunamüvafiq tədbirlər görülüb./azertac


Nərmin Məcidli


Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti