Xəzər Xəbər

Baş Prokurorluqdan əhaliyə müraciət - VİDEO

Cəmiyyət | 15:34 • 30 Noyabr 2020
Baş Prokurorluqdan əhaliyə müraciət -

Baş Prokurorluq əhaliyə müraciət edib.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, son zamanlar mülki şəxslərin işğaldan azad edilmiş ərazilərimizdə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları, bəzən isə həlak olmaları halları müşahidə edilir.


Baş Prokurorluq vətəndaşlarımıza bir daha müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə işğaldan azad edilmiş ərazilərimizin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənilməsi prosesi başa çatmayana qədər həmin ərazilərə səfər etməməyi xahiş edir.


Atif



Xəbər lenti