Xəzər Xəbər

Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı VİDEO

Veb TV | 21:02 • 29 Noyabr 2020
Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı

Tərtər rayonunun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin ən çox atəşə məruz qoyduğu yaşayış məntəqələrindəndir. Qəsəbənin qaz təsərrüfatı atılan mərmilərdən tamamilə yararsız vəziyyətə düşüb. Hazırda orda təmir-bərpa işləri aparılır. Işlər qısa zamanda yekunlaşacaq.


Tərtərin Şıxarx qəsəbəsində qaz xətlərinin təmiri davam etdirilir.


34 binanın yerləşdiyi qəsəbə döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin ən çox atəşə tutduğu yaşayış məntəqələrindəndir. 1172 abonenti olan qəsəbənin qaz təsərrüfatı atılan mərmilərdən tamamilə yararsız vəziyyətə düşüb. Hazırda qaz xətlərinin və sayğacların təmiri və dəyişdirilməsi işləri davam etdirilir.


Qəsəbədə işlərin daha sürətli aparılması məqsədi ilə Bakıdan da təmir briqadaları prosesə cəlb edilib. Tərtər Regional qaz istismarı İdarəsi və yerli xidmət sahələri də ilk gündən bərpa prosesinə qoşulub.


Artıq təmir-bərpa işlərinin böyük hissəsi görülüb. Bərpa olunan binalarda yoxlama-sınaq işləri icra edilir. Qəsəbənin qaz təchizatı qısa zamanda bərpa ediləcək.


Xəbər lenti