Xəzər Xəbər

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı VİDEO

Veb TV | 19:17 • 29 Noyabr 2020
Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı

Yoluxmanın artmasında rolu olan şəxslər təssüf ki, hələ də məsuliyyətsizliklərinin hansı ağır fəsadlara gətirib çıxaracaqlarını dərk etmək istəmirlər. Təssüf ki, bu gün də yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcıları saxlanıb. Polis Tovuzda və Zərdabda iki belə şəxs barəsində cinayət işi başlanıb.


COVID-19 xəstəsi olamasına baxmayaraq yaşadığı evi tərk edib.


Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvaafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayon sakini Səbuhi Ağayev saxlanıb. Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq dəfələrlə polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək rayon ərazisində insanların hərəkət edtdiyi məkanlara getməsi polislər tərəfindən aşkar edilib.

 

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Səbuhi Ağayev yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar rayon polis idarəsinin İstintaq Bölməsinə təqdim edilib. Səbuhi Ağayev barəsində Cinayət Məcəlləsinin ''epidemiya əleyhinə və karantin rejimlərinin pozulması'' maddəsi ilə cinayət işi başlanıb.


Tovuzda da icazəsiz evi tərk edən koronavirus xəstəsi saxlanıb. Belə ki, rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxıb və ona ev şəraitində müalicə təyin edilib. Lakin o, karantin qaydalarını kobud şəkildə pozaraq Qazax rayonuna gedib. Polis əməkdaşları Sakit Gülməmmədovun yerini müəyyən ediblər. O, tibbi prosedurlara uyğun şəkildə evə göndərilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.


Xəbər lenti