Xəzər Xəbər

Xarici diplomatlar Tərtər və Ağdama səfər edib, ermənilərin cinayətləri ilə tanış olublar - VİDEO

Veb TV | 20:59 • 28 Noyabr 2020
Xarici diplomatlar Tərtər və Ağdama səfər edib, ermənilərin cinayətləri ilə tanış olublar -

Bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtər və Ağdama səfər ediblər. 


Xezerxeber.az-ın məlumatına görə, diplomatlar öncə Tərtərdə olublar.

Onlara məlumat verilib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıblar. Top və raket mərmiləri 4000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistan silahlı qüvvələri tərəfindən məqsədyönlü şəkildə Tərtər şəhərinin bombardmanı həyata keçirilib.

Hikmət Hacıyev qeyd edib ki, müharibə cinayətləri törətmiş Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan bu kimi cinayət əməllərinə görə cavab verməli olacaq.

Tərtərdən sonra diplomatlar və digər qonaqlar Ağdam şəhərinə səfər ediblər. Diplomatlar Ağdamda Ermənistanın törətdiyi müharibə cinayətlərinin izləri ilə tanış olublar. Məlumat verilib ki, ermənilər Ağdamda yaşayış məntəqələrini, qəbiristanlıqları və tarixi-mədəni abidələri dağıdıblar.

Diplomatlarla birgə Ağdamın "Qarabağ" futbol klubu da bu rayonda olub. Səfərdə klub rəhbərliyi ilə yanaşı, məşqçilər və futbolçular yer alıblar.

Komanda üzvləri Ağdamdakı Cümə məscidində namaz qılıblar.

Futbolçular həmçinin 27 ildən sonra doğma "İmarət" stadionunda simvolik oyun oynayıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Atif


Xəbər lenti