Xəzər Xəbər

Avropa və Asiyani birləşdirən dəmir yolunda logistik mərkəz yaradılıb

Cəmiyyət | 13:28 • 28 Noyabr 2020
Avropa və Asiyani birləşdirən dəmir yolunda logistik mərkəz yaradılıb

Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətli hissəsində işlər yekunlaşıb.


Türkiyənin "Sabah” qəzetinin verdiyi məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolunun Qars Logistika Mərkəzində aparılan işlər sona çatıb.


Belə ki, əvvəlcə 19 ayrı xətt üzrə 400 min kvadratmetr ərazidə 500 nəfərin fəaliyyət göstərəcəyi və 80 min kvadrat metrlik konteyner ehtiyat sahəsi olan Qars Logistika Mərkəzinin 7 kilometrlik dəmir yolu xətti BTQ-yə birləşdiriləcək.


AK Partiyasının Qars üzrə millət vəkili və keçmiş Nəqliyyyat, Rabitə və Dənizçilik naziri Əhməd Arslan bildirib ki, gömrük prosedurlarında bütün yüklər Türkiyədən Gürcüstana keçərək Orta Asiyaya daşınacaq və Bakı-Tbilisi-Qars dəmir yolu xətti İpək Yolunda yük daşımalarıni davamlı edəcək. O vurğulayıb ki, bu xətt vasitəsilə Türkiyədən Uzaq Şərqə və Orta Asiyaya, eləcə də bu ərazilərdən yüklərin Türkiyəyə daşınmasına imkan verəcək.


Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti