Xəzər Xəbər

Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

Dünya | 20:03 • 27 Noyabr 2020
Rusiya ordusunda koronavirusa qarşı kütləvi peyvəndləmə başladı

Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun kütləvi peyvənd olunduğunu açıqlayıb.


Bu barədə "İnterfax” xəbər yayır.


"Prezidentin tapşırığına uyğun olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin koronavirus əleyhinə peyvəndləməsinə başlanıb. Ümumilikdə 400 mindən çox hərbi qulluqçunun peyvənd edilməsi planlaşdırılır”, - Şoyqu hərbi departamentin kollegiya iclasında bildirib.


Şoyqu qeyd edib ki, indiyə qədər 2500 hərbi qulluqçu COVID-19-a qarşı peyvənd edilib və ilin sonuna qədər onların sayı 80 minə çatacaq.


Nazir həmçinin bildirib ki, peyvənd edilmiş yüksək titr antikorlu hərbi qulluqçuların plazmasının koronavirusun müalicəsi üçün istifadəsi ilə bağlı araşdırma aparılır.


O qeyd edib ki, hazırda peyvənd edilmiş 500-dən çox hərbi qulluqçu tədqiqatda iştirak edir.


Ramil

Xəbər lenti