Xəzər Xəbər

Ağdamın azad olunması bu ailəni çox sevindirir VİDEO

Veb TV | 20:04 • 23 Noyabr 2020
Ağdamın azad olunması bu ailəni çox sevindirir

73 yaşlı Şəki sakini şəhid atası Arif Rəşidov televiziyamıza məktub yazaraq torpaqlarımız uğrunda gedən döyüşlərdə ailə üzvlərinin fədakarlığından danışıb. Ağdamın azad edilməsinə elə ağdamlılar qədər sevinən şəhid atası rayonun 1993-cü ildə işğalının onun ailəsinə faciələr yaşatdığını deyib. Əməkdaşlarımız Şəkidə ailə ilə görüşüblər.


Ağdamın işğaldan azad olunması Şəkidə yaşayan Rəşidovlar ailəsi üçün böyük anlam daşıyır. Çünki aılə bu rayonda 1992-93 -cü illərdə 2 üzvünü itirib.


Ailənin böyük oğlu 1973 cü ildə anadan olmuş Vasif Rəşidovun Xocalı işğalı zamanı hələ 19 yaşı olmamışdı. Buna baxmayaraq o könüllü olaraq döyüşlərə gedib. Klassik güləşlə məşğul olan Vasif əvvəllər Tərtər istiqamətində. Sonra isə Ağdamda döyüşüb.18 avqustda Ağdamın Abdal Gülablı kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Vətənpərvər torpaqsevər kimi tanınan Vasifin anası Şükufə Rəşidova bundan sonra ailə ücün gözlənilməz qərar verərək: Ağdama getmək istədiyini bildirib.Ailə üzvləri buna etiraz etsələr də, Şükufə ana bir neçə gündən sonra Abdal Gülablıya oğlunun döyüşdüyü hərbi hissəyə gəlib.


Elə ailənin kiçik oğlu Bəhruz Rəşidov da hərbiçidir. İndi ailə üzvlərinın ürəyi rahatdır. Həm onların şəhidinin qanı yerdə qalmadı, həm də torpaqlarımız işğaldan qurtuldu.


Nicat qardaşının adını oğluna qoyub. İndi ailədə şəhid Vasifin adını balaca Vasif yaşadır.


Xəbər lenti