Xəzər Xəbər

Futbolçu şəhid qardaşının adını kürəyində daşıyacaq VİDEO

Veb TV | 20:31 • 23 Noyabr 2020
Futbolçu şəhid qardaşının adını kürəyində daşıyacaq

''Ömrüm boyunca nə qədər qol vursam, hamısını qardaşım İlqara həsr edəcəm''. Bu sözləri, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan İlqar Burcəliyevin futbolçu qardaşı Tamerlan deyir. Qeyd edək ki, ''Zirə'' futbol klubunun heyətində oynayan Tamerlan futbol formasının arxasına da Tamerlan-İlqar adlarını yazdırıb.

Futbolçu şəhid qardaşının adını kürəyində daşıyacaq.

Söhbət ''Zirə'' futbol klubunun oyunçusu Tamerlan Burcəliyevdən gedir. Tamerlanın qardaşı İlqar Burcəliyev oktyabrın əvvəlində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bundan sonar futbolçu Peşəkar Futbol Liqasına müraciət edib. Onun bu təklifinə müsbət cavab verilib və Tamerlan bundan sonra yaşıl meydanlarda kürəyində öz adı ilə yanaşı qardaşının da adını daşıyacaq.

Qardaşının əsgər yoldaşlarını tapan Tamerlan deyir ki, İlqar döyüş zamanı yaralansa da döyüş meydanından çəkilməyib. Qeyd edək ki, İlqar Burcəliyev də vaxtı ilə "Zirə"nin 17 yaşlılardan ibarət komandasının şərəfini qoruyub.

Qeyd edək ki, Zirənin bundan sonrakı oyunlarında Tamerlan şəhid qardaşının adını daşıyan 27 nömrəli formada yaşıl meydanlara çıxacaq. O, karyerası boyunca vuracağı qolları da qardaşı İlqara həsr edəcəyini deyir.

Xəbər lenti