Xəzər Xəbər

Paşinyanın ümidləri puç olur - Rusiyadan da "yox" cavabı aldı - VİDEO

Veb TV | 20:11 • 31 Oktyabr 2020
Paşinyanın ümidləri puç olur -

"Toqquşmalar ancaq birbaşa Ermənistan ərazisinə keçərsə, Moskva İrəvana bütün lazımi yardımı göstərməyə hazır olacaq".

Bu, rəsmi Moskvanın bu gün Ermənistan rəhbərliyinin yardım müraciətinə verdiyi cavabdır.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər hesab edirlər ki, son günlər, xüsusilə də Laçın istiqamətində Azərbaycan Ordusunun uğur qazanması erməniləri qorxuya salıb.

İndiyədək dünya liderlərinə çoxsaylı müraciətlər ünvanlayan Paşinyan bu dəfə də istəyinə nail olmayacaq. Çünki onun gözlədiyinin əksinə olaraq, Rusiya bu müharibədə iştirak etməyəcək.

Siyasi şərhçi Zaur Məmmədov deyib ki, rəsmi İrəvan çox gecikmədən Azərbaycana sülh üçün yalvarmalıdır.

Görünən odur ki, Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq və Nikol paşinyanlar, David tonoyanlar beynəlxalq ədalətin qarşısında cavab verməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti