Xəzər Xəbər

Ermənistanın yalanları artıq eşidilmir - VİDEO

Veb TV | 20:32 • 31 Oktyabr 2020
Ermənistanın yalanları artıq eşidilmir -

Bərdədə dinc sakinlərin qadağan edilmiş kasetli bombalardan atəşə tutulması faktının "Human Rights Vatch" təşkilatı tərəfindən təsdiqlənməsi, Ermənistanın eyni müraciətinin təkzib edilməsi isə işğalçı ölkənin feyk xəbər və yalanlarının sübutudur.

Xezerxeber.az-ın məlumatına görə, bunu politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Paşinyan rejimi bu cür yalanlarla ilk növbədə Azərbaycan Ordusu qarşısında məğlubiyyətinin səbəbini erməni ictimaiyyətinə başqa cür təqdim etmək məqsədini güdür. Digər tərəfdən isə hakimiyyət dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmaq istəyir.

Ekspert deyib ki, Ermənistanın Azərbaycanın şəhər və rayonlarını hədəfə alması İkinci Dünya müharibəsində məğlubiyyətə uğrayan faşist Almaniyasının savaşın sonlarında Böyük Britaniyanın şəhərlərini bombalamasını xatırladır.

Politoloq həmçinin vurğulayıb ki, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan "Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququ var" bəyanatı ilə erməni tərəfi indiyədək törədilən hərbi cinayətlərə görə məsuliyyəti faktiki olaraq öz üzərinə götürmüş olur.

Əlimusa İbrahimov deyib ki, Ermənistan rəhbərliyi tərəfindən verilən belə bəyanatlar beynəlxalq qanunvericiliyin və Cenevrə Konvensiyasının tələblərinə tamamilə ziddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti