Xəzər Xəbər

Əsir düşən erməni silahlı din xadimi çıxdı VİDEO

Veb TV | 21:56 • 30 Oktyabr 2020
Əsir düşən erməni silahlı din xadimi çıxdı

Hərbi əməliyyatlar zamanı əsir düşmüş erməni silahlılarından birinin din xadimi olduğu məlum olub. Ermənistanın Gümrü şəhərinin Adventist kilsəsinin pastoru Hovsep Sahakyan dini inancı ilə əlaqədar etirazlarına baxmayaraq zorla silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirildiyini və Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirib. Hovsep Sahakyan diqqətə çatdırıb ki, o cəbhəyə göndərilən nə ilk nə də son dini xadimdir.


Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Sahakyan Araratoviç din xadimi olması ilə bağlı etirazlarına baxmayaraq silahlandırılaraq Azərbaycanın işğal altındakı ərazilərinə gətirilib Qubadlı rayonunda döyüşlərə cəlb edildiyini bildirir.


Hovsep Sahakyan əlavə edib ki onunla hərbi komissarlığa çağrılan digər din xadimləri də döyüşlərə qatılmaq istəməyiblər. Lakin onlar məcburi şəkildə silahlandırılaraq Sisian şəhərinə göndəriliblər.


Hovsep Sahakyan Youtube və digər sosial şəbəkələrdə yayılmış dini moizələri və rəhbərlik etdiyi dini ayinlərlə bağlı videomateriallarla tanınır.


Xəbər lenti