Xəzər Xəbər

Erməni vəhşiliyi - 5 il həsrətini çəkdi, 17 gün yanında oldu - VİDEO

Veb TV | 20:29 • 30 Oktyabr 2020
Erməni vəhşiliyi -

Terror çox həyatları yarımçıq qoyur. Qəfil gəlir, mülki insanları hədəfə alır və həyatdan aparır. Arxasında isə böyük bir boşluq buraxır. Ermənistan silahlı qüvvələrinin Bərdədə törətdiyi terror yalnız 20 günlük bir körpəni anasız qoymadı, həmçinin 5 il övlad həsrəti ilə alışıb yanan bir ananın da bu vüsalını yarımçıq saxladı. Tükəzban Mirzəliyeva qoxusuna doya bilmədiyi körpəsinə cəmi 17 gün ana ola bildi.


Hələ başına gələnləri dərk etmir.


O qədər məsum və günahsızdır ki, ətrafında baş verənlərdən xəbərsizdir.


Bu, 20 günlük körpənin anası və babası Bərdə terrorunun qurbanı olub. 5 illik övlad həsrətindən sonra qızına qovuşan Tükəzban Mirzəliyeva bu xoşbəxtliyi cəmi 17 gün yaşaya bilib. Nə qızının qoxusuna, nə də özünə doymadan terror qurbanı kimi dünyadan köçüb.


Tükəzban Mirzəliyevanın əmisi Feyruz Mirzəliyevin sözlərinə görə, qardaşı ilə qardaşı qızı Ermənistan dövlət terroru zamanı Bərdə şəhərində mağazada olublar.


Qayınanası Kəmalə İsgəndərovanın sözlərinə görə isə, gəlini başından aldığı mərmi nəticəsində həyatını itirib. Qudası Çərkəz Mirzəliyev isə yanaraq dünyasını dəyişib.


Balaca mələyin hazırda cəbhədə xidmət edən atasına qovuşaçağı gün çox da uzaqda deyil...




 


Xəbər lenti