Xəzər Xəbər

Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi VİDEO

Veb TV | 20:20 • 30 Oktyabr 2020
Putin çıxışı ilə Ermənistanın istəyini darmadağın etdi

Rusiya prezidenti Vladimir Putinin dünən Dağlıq Qarabağla verdiyi açıqlama Ermənistanı ciddi şəkildə məyus edib. Belə ki, Kreml rəhbəri çıxışında münaqişənin həm Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qeyd edib, həm də müəyyən mesajlar ötürərək işğalçı ölkənin üçüncü dövləti müharibəyə cəlb etmək arzularının üstündən xətt çəkib. Əməkdaşımız Putinin bu açıqlamaları ilə bağlı bəzi məqamları aydınlaşdırmağa çalışıb.


Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsi və hazırda gedən hərbi əməliyyatlarla bağlı son açıqlaması ermənistan hakimiyyətini növbəti dəfə məyus edib.


Vladimir Putinin çıxışı bir daha onu göstərdi ki, Rusiya münaqişənin həllində əvvəlki kimi bitərəfliliyini, balanslı mövqeyini qoruyub saxlayır. Politoloq Fikrət Sadıqov deyir ki, Kreml rəhbərindən bu cür açıqlama əslində gözlənilən idi. Çünki Rusiya Azərbaycanın işğal altındakı torpaqlarının bir qismini azad etdikdən sorna yaranmış yeni reallığı nəzərə alır.


Politoloqun sözlərinə görə Putinin çıxışı eyni zamanda işğalçı ölkənin digər dövlətləri də münaqişəyə cəlb etmək cəhdlərini tamamilə iflasa uğratdı. Eləcə də Kreml rəhbəri Paşinyan rejiminin daxili auditoriyanı aldatmağa hesablanmış ümidlərinin də üstündən xətt çəkmiş oldu.



Politoloq deyir ki, artıq status-kvonun və təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir.



Fikrət Sadıqov vurğulayıb ki, Putinin səsləndirdiyi "5+2 formatı" əslində əvvəllər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapıb. Artıq Azərbaycan bu planın böyük bir qismini özü təmin edib.


Xəbər lenti