Xəzər Xəbər

Beynəlxalq təşkilatlar Ermənistanın ümidlərini puç etdi VİDEO

Veb TV | 20:37 • 30 Oktyabr 2020
Beynəlxalq təşkilatlar Ermənistanın ümidlərini puç etdi

Ermənistanın Bərdə şəhərini kasetli raketlərdən istifadə edərək vurmasını "Amnesty International" və "Human Rights Watch" təşkilatlarının təsdiqlməsinin azərbaycan üçün əhəmiyyəti vardır. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində siyasi məsələlər üzrə ekspert Murad Sadəddinov deyib. O, qeyd edib ki, gələcəkdə düşmən ölkənin rəhbərliyini beynəlxalq tribunalda ittiham etmək üçün bu açıqlamadan da istifadə edilə bilər.


İki nüfuzlu beynəlxalq təşkilatın Ermənistanın Bərdədə mülki əhaliyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləməsi gələcəkdə düşmən ölkəni beynəlxaq tribunalda ittiham etmək üçün əsas verəcək. Siyasi məsələlər üzrə ekspert Murad Sadəddinov deyir ki, "Amnesty International" və "Human Rights Watch" kimi nüfuzlu beynəlxalq təşkilatların Ermənistanın azərbaycanlı dinc əhaliyə qarşı kasetli "Smerç" raketindən istifadə etməsini təsdiqləmələri beynəlxalq humanitar hüquq baxımından önəmlidir. Çünki beynəlxalq humanitar hüquqa əsasən, kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi qadağan edilib.


Ekspertin sözlərinə görə, hər iki beynəlxaq təşkilat Bərdə şəhərinə atılan kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib. Bu məsələdə xarici ekspertlər də iştirak ediblər. Bundan sonra isə "Amnesty International" və "Human Rights Watch" təşkilatları düşmən ölkənin, istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləyib.


Murad Sadəddinov onu da bildirdi ki, bu təşkilatlarla mütəmadi olaraq əlaqə saxlanmalı və onlar ermənilərin dinc əhaliyə qarşı törətdiyi hadisələrlə bağlı məlumatlandırılmalıdır. Qeyd edək ki,"Amnesty International"ın ekspertləri terror yerində 9N235 adlı kaset döyüş sursatlarının fraqmentlərinin olduğunu təsdiq ediblər. "Human Rights Watch" təşkilatının məlumatında isə, Bərdə şəhərinə hücumda beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzunmənzilli raket növünün atılması qeyd olunub.




Xəbər lenti