Xəzər Xəbər

Şagirdlərin sinifdə qalmaq ehtimalı var? - Nazirdən açıqlama

Cəmiyyət | 12:17 • 30 Oktyabr 2020
Şagirdlərin sinifdə qalmaq ehtimalı var? -

Distant tədrislə hər bir şagird öz təhsilini davam etdirir. Ona görə də şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil. Onlar sinifdən-sinfə keçəcəklər.


Xezerxeber.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.


Nazir qeyd edib ki, ölkədə distant təhsilə keçid olunmur. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar alternativ tədris forması kimi distant tədris forması seçilib.

Xəbər lenti