Xəzər Xəbər

"Fənərbağça"nın idman direktoru vəzifəsinə təyinat olub

İdman | 09:51 • 29 Oktyabr 2020
"Fənərbağça"nın idman direktoru vəzifəsinə təyinat olub

Türkiyənin "Fənərbağça" futbol klubunun yeni idman direktoru müəyyənləşib.


Xezerxeber.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Koç təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, İstanbul təmsilçisində idman direktoru vəzifəsini Emre Belözoğlunun yerinə yetirəcəyini bildirib.


Qeyd edək ki, E.Belözoğlu 2008-2012, 2013-2015 və 2019-2020-ci illərdə "sarı-lacivərt"lərdə çıxış edib.

Xəbər lenti

Çox oxunanlar